
Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində növbəti görüş və ziyarətlər keçiriləcək.
Diplomatik korpusun nümayəndələri bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar.
Səfər sentyabrın 11-də başlayıb. Diplomatlar əvvəlki gün Xankəndi və Şuşaya səfər edərək burada müxtəlif obyektlərlə tanış olublar.