Diplomatik korpusun nümayəndələri Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
Diplomatik korpusun nümayəndələri Şuşaya səfər çərçivəsində inşası davam etdirilən Yeni Şuşa məscidinə baş çəkiblər.
Səfər zamanı Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yeni Şuşa məscidinin layihəsi, onun memarlıq xüsusiyyətləri və tikinti prosesinin gedişi barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.
Məscidin memarlıq quruluşunda simvolik elementlərə xüsusi yer verildiyi qeyd olunub. Belə ki, məscidin forması 8 Noyabr – Zəfər Gününü, iki minarəsi isə Şuşanın işğaldan azad edildiyi 11-ci ayı simvolizə edir.
Layihəyə əsasən, məscidin iki minarəsinin hündürlüyü 72 metr olacaq.
Sosial şəbəkələrdə paylaş


