Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın iclası keçirilib
İqtisadi Şuranın Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasında 2027-ci ilin büdcə və iqtisadi proqnozları müzakirə edilib.
Toplantıda 2026–2030-cu illər üzrə yenilənmiş makroiqtisadi göstəricilər, 2027-ci il dövlət və icmal büdcələrinin proqnoz layihələri, 2027–2030-cu illərdə büdcə siyasətinin prioritetləri və Ortamüddətli Xərclər Çərçivəsi barədə məlumat verilib.
Bundan başqa, maliyyə-bank sektorundakı vəziyyət və qarşıdakı dövr üçün siyasət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və Mərkəzi Bankın sədri Taleh Kazımov məruzə ediblər.
Sonda 2027-ci ilin büdcə zərfinə daxil olan sənədlərin və məlumatların Nazirlər Kabinetinə təqdim edilməsi məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verilib.
