
Ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi bu gün saat 23:59-da yekunlaşır.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ixtisas seçmək hüququ olan abituriyentlər dövlət sifarişi və ödənişli əsaslarla təklif olunan ixtisaslar üzrə 12-dək kod seçə bilərlər.
Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni elektron qaydada dolduraraq təsdiqləməlidirlər.
Qeyd olunub ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaq.