Azərbaycan və Özbəkistan 2027-ci il üzrə hərbi əməkdaşlıq planını müzakirə edib
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, görüş iki ölkənin müdafiə nazirlikləri arasında cari il üçün təsdiqlənmiş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunub.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hərbi əməkdaşlığın hazırkı vəziyyəti, gələcək inkişaf istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.
Tərəflər arasında keçirilən görüşlərin iki ordu arasında təcrübə mübadiləsinin inkişafına mühüm töhfə verdiyi bildirilib.
Danışıqlar çərçivəsində Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında 2027-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planının layihəsi də müzakirə edilib.
Sosial şəbəkələrdə paylaş
