FHN: “Zipline” qurğusuna nəzarət nazirliyin səlahiyyətlərinə aid deyil
“Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil”.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, “Şəki yaylası”nda hadisənin baş verdiyi ərazidəki “zipline” mexanikləşdirilmiş qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyil və FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil.
Xatırladaq ki, sentyabrın 8-də “Şəki yaylası”nda baş verən hadisə nəticəsində iki nəfər ölüb.
Sosial şəbəkələrdə paylaş
