
Azərbaycan və Qazaxıstan Xəzər dənizində Kurık və Bakı limanları arasında sərnişin daşımalarını bərpa etməyi planlaşdırır.
“24KZ” portalının məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.
Səfir bildirib ki, təşəbbüs Qazaxıstan tərəfindən irəli sürülüb və Azərbaycan tərəfi bu təklifi dəstəkləyib.
Onun sözlərinə görə, hər iki ölkənin nəqliyyat qurumları sərnişin daşımalarının bərpası istiqamətində işlərə başlayıb.
Qeyd edək ki, Kurık-Bakı-Kurık marşrutu üzrə sərnişin daşımaları 2020-ci ilədək həyata keçirilib. Daşımalar COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.