Mehmet Görmez 15 iyul gecəsi Azərbaycandan gələn yardım təklifindən danışıb
Türkiyənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycandan Türkiyəyə yardım təklifi aldığını açıqlayıb.
Bu barədə Türkiyədə yayımlanan “Asırlık Gece” sənədli filminin 6-cı hissəsində məlumat verilib.
M.Görmez bildirib ki, həmin gecə Azərbaycan Diyanət İşləri rəhbəri ona zəng edərək şəxsi təyyarəsi olduğunu və 250 nəfərlə Türkiyəyə gəlmək imkanının olub-olmadığını soruşub.
İlahiyyatçı Elşad Miri isə sosial şəbəkədə paylaşdığı videoda M.Görmezin bəhs etdiyi şəxsin Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə olduğunu iddia edib.
[video=]
Sosial şəbəkələrdə paylaş
