Şəkidə faciə zamanı həlak olan 31 yaşlı şəxslə bağlı yeni məlumat
Şəkidəki “Şəki Yaylası” istirahət-əyləncə mərkəzində “zipline” xəttində baş verən hadisə nəticəsində həlak olan 31 yaşlı Coşqun Məmmədovun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
Yaxınlarının sosial şəbəkələrdə paylaşdığı məlumata əsasən, C.Məmmədov nişanlı olub və bu ayın sonunda evlənməyə hazırlaşırmış.
Məlumata görə, mühafizə şirkətində çalışan C.Məmmədov hadisə zamanı dostu Ucal Bayramovla birlikdə olub.
U.Bayramovun isə ötən il sentyabrın 7-də ailə həyatı qurduğu və evliliklərinin birinci ildönümünü qeyd etmək məqsədilə həmin gün “Şəki Yaylası”na getdiyi bildirilir.
Qeyd edək ki, hər iki şəxsin hadisə nəticəsində həyatını itirdiyi açıqlanıb.
Şəkidə faciə zamanı həlak olan 31 yaşlı şəxslə bağlı yeni məlumat
Sosial şəbəkələrdə paylaş
