Hrazdan dərəsində kişi meyiti tapıldı – araşdırma başlanıb
İrəvanda Hrazdan dərəsində yerləşən su borusunda kişi meyiti aşkarlanıb.
Məlumata görə, hadisə barədə aidiyyəti qurumlara sentyabrın 9-da səhər saatlarında məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qüvvələri göndərilib.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Toplanmış materiallar Ermənistan İstintaq Komitəsinə təqdim edilib və faktla bağlı cinayət işi başlanıb.
Hazırda hüquq-mühafizə orqanları meyitin kimliyini və ölümün səbəbini müəyyənləşdirir.
Sosial şəbəkələrdə paylaş
