Şəki yaylasındakı faciə: ölən şəxslə bağlı yeni məlumat
Şəkidəki “Şəki Yaylası” istirahət mərkəzində baş verən kanat qəzasında iki nəfər həyatını itirib.
Məlumata görə, hadisə zamanı ölənlərdən biri 27 yaşlı Ucal Asif oğlu Bayramovdur. “BakuPost”un məlumatına əsasən, Bayramov faciədən bir gün əvvəl həyat yoldaşı ilə evliliklərinin birinci ildönümünü qeyd edib.
Hadisə nəticəsində, həmçinin Qax rayonunun Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov da ölüb.
Hər iki şəxsin hadisə yerində öldüyü bildirilir.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş
