Şəki yaylasında iki nəfərin ölümü ilə bağlı yeni məlumatlar
Xəbər verdiyimiz kimi, Şəki rayonunda yerləşən “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həyatını itirib.
Məlumata görə, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinin, eləcə də Novxanı qəsəbəsində fəaliyyət göstərən “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.
Hadisə nəticəsində Qax rayonunun Zərnə kənd sakini Coşqun Məmmədov və Bakıdan Şəkiyə istirahət məqsədilə gələn Ucal Bayramov həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş
