İngiltərədə paraşütlə tullanış zamanı paraşütçülər toqquşub.
Hadisə avqustun 7-də Nottingem yaxınlığındakı Lanqar aerodromunda qeydə alınıb.
35 yaşlı Holli Viffen təxminən 3 min metr hündürlükdə başqa paraşütçü ilə toqquşaraq huşunu itirib. Nəticədə qadın idarəetməni itirərək yerə doğru düşüb.
Viffen əsas paraşütünü yalnız təxminən 1000 fut yüksəklikdə aça bilib. Ardınca ehtiyat paraşütü də işə düşüb.
Bununla belə, qadın yerə deyil, iynəyarpaqlı ağaca çırpılıb. Ağacın zərbəni yumşaltması onun həyatının xilas olmasına səbəb olub.
Qəza zamanı Viffen onurğasından və sol ayağından sınıq xəsarətləri alıb.
O, tam sağaldıqdan sonra paraşütlə tullanmağa davam etmək niyyətində olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaş
