Xırdalanda binadan şüşə qoparaq qadının üzərinə düşüb
Xırdalan şəhərində ehtiyatsızlıqdan xəsarətlə nəticələnən hadisə baş verib.
M.Hüseynzadə küçəsində yerləşən çoxmərtəbəli binanın eyvanlarından birinin şüşəsi qoparaq yoldan keçən qadının başına düşüb.
Məlumata görə, hadisə nəticəsində 1978-ci il təvəllüdlü qadın xəsarət alıb.
TƏBİB-in məlumatına əsasən, saat 14:40 radələrində hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət daxil olub. Çağırış üzrə tibbi briqada əraziyə göndərilib və qadına yerində tibbi xidmət göstərilib.
[video=]
Sosial şəbəkələrdə paylaş
