“Bakı Metropoliteni” metroda gediş haqqının artırılması ilə bağlı danışdı
Bakı Metropoliteninin “yaşıl” və “qırmızı” xətlərinin ayrılması ilə əlaqədar işlərin başlanmasından sonra bir sıra stansiyalarda sərnişinlərin hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
İqtisadçı Natiq Cəfərli məhdudiyyətlərin sərnişin sayına təsir göstərə biləcəyini və bunun metropolitenin gəlirlərində azalmaya səbəb ola biləcəyini qeyd edib. O, yaranacaq maliyyə itkilərinin qarşılanması üçün metroda gediş haqqının artırılmasının gündəmə gələ biləcəyini söyləyib.
Bakı Metropoliteni QSC-dən bildirilib ki, qurumun gediş haqqı tariflərinin dəyişdirilməsi ilə bağlı qərar vermək səlahiyyəti yoxdur.
Məlumata görə, Bakı metrosunda gediş haqqı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə tənzimlənir.
Hazırda metrodan bir gediş üçün ödəniş 60 qəpikdir.
