102 yaşlı müharibə veteranı Rəşid Qasımov dünyasını dəyişib
Azərbaycanda İkinci Dünya müharibəsinin sağ qalan iştirakçılarından biri Rəşid Qasımov vəfat edib.
102 yaşlı müharibə veteranı Göyçay rayonunda dünyasını dəyişib. Bu barədə jurnalist Nadir Yalçın məlumat yayıb.
Rəşid Mənsim oğlu Qasımov 1924-cü il mayın 9-da Füzuli rayonunda doğulub. 18 yaşında müharibəyə gedən R.Qasımov 1945-ci ildə doğma rayonuna qayıdıb. Döyüşlərdə sağ ayağını itirib və I qrup əlil olub.
Veteran müharibə illərində göstərdiyi igidliyə görə I dərəcəli “Vətən müharibəsi” ordeninə layiq görülüb.
O, müharibədən sonrakı dövrdə Füzulidə aqronom, zootexnik, ferma müdiri və briqadir vəzifələrində fəaliyyət göstərib. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində yerləşib.
Rəşid Qasımov Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin babası olub. O, həmçinin Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır.
