Bakı-Qazax magistralında TIR-da yanğın baş verib
Ucar rayonunun Alpı kəndi ərazisində yük avtomobili yanıb.
Hadisə Bakı-Qazax avtomobil yolunun sözügedən kənddən keçən hissəsində qeydə alınıb. Məlumata görə, Bakı istiqamətində hərəkət edən və kabellə yüklənmiş TIR-da naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib. Görülən tədbirlər nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.
[video=]
Sosial şəbəkələrdə paylaş
