Xətai rayonunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyət 26 avqust saat 22:00-dan 28 avqust saat 22:00-dək qüvvədə olacaq.
Sürücülərdən bu müddət ərzində alternativ marşrutlardan istifadə etmələri və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Sosial şəbəkələrdə paylaş
