Tələbələrə müjdə: Koroğludan Elmlərə M6 ilə birbaşa getmək mümkün olacaq
Tələbələr və Elmlər Akademiyası istiqamətində hərəkət edən sərnişinlər üçün yaxşı xəbər var. Avqustun 24-dən M6 nömrəli ekspres avtobusun marşrutu uzadılır.
Yeni sxemə əsasən, M6 “Koroğlu” – “Gənclik” – “Nizami” – “Elmlər Akademiyası” metro stansiyalarını əlaqələndirəcək. Avtobus “Nizami” stansiyasında da dayanacaq.
Beləliklə, xüsusilə Koroğlu istiqamətindən universitetlərə gedən tələbələr üçün Elmlər Akademiyasına daha rahat və birbaşa nəqliyyat imkanı yaranacaq.
İstiqamət üzrə sərnişin axınının çox olacağı gözlənilir. Bu səbəbdən əsas gözlənti M6-nın kifayət qədər avtobusla və qısa intervalla işləməsidir.
Bir sözlə, Koroğludan Elmlərə gedənlər üçün çoxdan gözlənilən birbaşa bağlantı nəhayət işə düşür.
Sosial şəbəkələrdə paylaş
