Keçmiş deputat və vəkil Rusiyada biznes qurmaq istəyərkən aldadılıb
Milli Məclisin əvvəlki çağırış deputatı Elşad Mirbəşirli və Vəkillər Kollegiyasının üzvü, vəkil Nizami İbrahimov Rusiyada biznes qurmaq istəyərkən dələduzluqla üzləşdiklərini bildiriblər.
Məlumata görə, onlar Moskvadakı “Food City” bazarında buzlu kola satışı biznesinin təşkili üçün Gülnar Soltanovaya ümumilikdə 260 min manat vəsait veriblər. Lakin vəd edilən biznes baş tutmayıb və pullar geri qaytarılmayıb.
Zərərçəkmişlərin şikayəti əsasında aparılan araşdırma nəticəsində Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. //Qafqazinfo

Sosial şəbəkələrdə paylaş