İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır
20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır.
“Qafqazinfo”nun məlumatına görə, Arzum indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətilib.
Tiktokerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplanıblar.
Arzumun hökmü iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çəxarılmışdı. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib.
Lakin xanım müttəhim qəzanın baş verməsinə görə özünü qətiyyət təqsirli saymır, günahsız olduğunu bildirir. Onun vəkilləri də bu əsasla apellyasiya şikayəti veriblər.
Şikayətdə Arzumun bir gəncin ölümü, digərinin xəsarət alması ilə nəticələnən qəzaya səbəbkar olmadığı, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamedici hökm çıxarıldığı qeyd olunub.
Müdafiə tərəfinin hansı əlavə dəlil və sübutlarla çıxış edəcəyi hələlik bilinməsə də, tələbləri bəraət qərarı verilməsidir.
Bu dəqiqəyə olan məlumata görə, hökmdən prokuror proest, zərərçəkmiş tərəflərdən isə şikayət daxil olmayıb.
Birinci iclas saat 10:45-də başlamalıdır.

Sosial şəbəkələrdə paylaş