Qaynar Xətt xəbərdarlıq edir: "Dayıdır, əmisidir" bəhanəsi uşağın şəxsi sərhədlərini pozmağa haqq vermir
Uşaq Qaynar Xətti Xidməti (116 111) valideynlərə və cəmiyyətə mühüm çağırış edib. Bildirilir ki, uşağın istəyi nəzərə alınmadan onu öpməyə, qucaqlamağa və ya hər hansı fiziki təmasa məcbur etmək, bunu "dayıdır", "əmisidir", "babasıdır" kimi qohumluq əlaqələri ilə əsaslandırmaq doğru yanaşma deyil.
Qaynar Xətt vurğulayır ki, uşaq istəmirsə, heç kim – hətta ən yaxın qohumu belə – onu öpməyə, qucaqlamağa, üzünü sıxmağa və ya istəmədiyi fiziki təmasa məcbur etməməlidir. "Ayıbdır, qaçma", "Öp onu", "Pis niyyəti yoxdur" kimi ifadələr uşağın razılıq hüququnu görməzdən gəlir və onun şəxsi sərhədlərinin pozulmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, zorla öpmək, qucaqlamağa məcbur etmək, üzünü sıxmaq və uşağın narahat olduğunu bildirməsinə baxmayaraq fiziki təması davam etdirmək gələcəkdə onun təhlükəli və narahatedici toxunuşları ayırd etməsini, "yox" deməsini və kömək istəməsini çətinləşdirə bilər.
Qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyası insan ləyaqətinin qorunmasını, təhlükəsiz yaşamaq hüququnu və fiziki zorakılığın yolverilməzliyini təmin edir. "Uşaq hüquqları haqqında" Qanuna əsasən isə uşağın şəxsi toxunulmazlığı, ləyaqəti və şərəfi qorunmalı, onun mənafeyi bütün hallarda üstün tutulmalıdır.
Bununla yanaşı, uşaqların cinsi toxunulmazlığı və təhlükəsiz davranış sərhədləri barədə yanlış təsəvvür yarada biləcək məzmunların qanunvericiliyin tələbləri baxımından araşdırılmasının vacibliyi qeyd edilir.
Qaynar Xətt valideynlərə uşaqlara erkən yaşlardan aşağıdakı prinsipləri aşılamağı tövsiyə edir:
Bədənim mənə məxsusdur.
"Yox" demək hüququm var.
Məni narahat edən davranışı etibar etdiyim böyüyə deyə bilərəm.
Uşağın hüquqlarının pozulduğunu görən, bundan şübhələnən və ya məsləhət almaq istəyən hər kəs 116 111 nömrəli Uşaq Qaynar Xəttinə müraciət edə bilər.
Məlumatda həmçinin bildirilir ki, sözügedən videolar TikTok platformasında medi.baby7 hesabında paylaşılır. Çağırış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Audiovizual Şuranın diqqətinə çatdırılıb.

Sosial şəbəkələrdə paylaş