Bakı Metropoliteninin bütün stansiyalarından giriş dayandırıldı
Sərnişinlərin diqqətinə!
Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət qoyulub.
İlkin məlumatlara görə, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" sahəsində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq baş verib.
Təhlükəsizlik baxımından "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti qismən dayandırılıb.
Hazırda problemin aradan qaldırılması və elektrik təchizatının bərpası istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Sosial şəbəkələrdə paylaş
