NASA astronavt missiyasını tezliklə yekunlaşdıra bilər

NASA Crew-11 missiyasının ekipajını Beynəlxalq Kosmik Stansiyadan (BKS) tezliklə geri çağırmağı düşünür. Urbaninfo.az xəbər verir ki, bu qərar, ekipajın bir üzvünün sağlamlıq problemi yaşaması səbəbindən gündəmə gəlib, xəbər verir portal Spaceflight Now.
Agentlik bildirir ki, missiyaların təhlükəsizliyi prioritetdir və bütün variantlar, o cümlədən missiyanın erkən başa çatdırılması nəzərdən keçirilir.
Əvvəlcə NASA 8 yanvarda planlaşdırılan kosmos gəzintisini (spacewalk) ekipaj üzvünün sağlamlıq problemi səbəbindən təxirə salıb.
Qeyd edək ki, 2025-ci ilin payızında Northrop Grumman şirkətinin Cygnus XL yük gəmisi BKS-yə bağlanma planı mühərrik problemi üzündən təxirə salınmışdı. Bundan əvvəl isə ABŞ-da SpaceX Crew Dragon kosmik gəmisinin kommersiya ekipajı ilə uçuşu yanacaq sızması səbəbindən ləğv edilmişdi.