Şirvanda 6 nəfər qidadan zəhərləndi – araşdırma aparılır

Şirvan şəhərində 6 nəfərin qidadan zəhərlənməsi faktı qeydə alınıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 7-də şəhərdə fəaliyyət göstərən iaşə obyektlərindən birində baş verib. Həmin obyektdə qəbul etdikləri qidadan 6 nəfərin zəhərləndiyi bildirilir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəblərini müəyyənləşdirmək məqsədilə prokurorluq əməkdaşları Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birlikdə iaşə obyektindəki qidalardan nümunələr götürüblər.
Hazırda götürülmüş nümunələr üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş