Qaradağda it binadan yerə atılıb
Bakının Qaradağ rayonunda itə qarşı zorakılıq göstərilməsi ilə bağlı hadisə baş verib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.
Faktla bağlı polis tərəfindən araşdırma aparılıb. Heyvanla rəhmsiz rəftar edən şəxs müəyyən olunaraq barəsində müvafiq tədbir görülüb.
Sosial şəbəkələrdə paylaş
